2017-12-28

Hikmət Hacıyev: 2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, balanslaşdırılmış xarici siyasət kursu davam etdirilib

2017-ci ildə də Azərbaycanın milli maraqlarının qorunması, Ermənistan tərəfindən törədilən işğal və təcavüzün aradan qaldırılması, ərazi bütövlüyünün və suverenliyin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun təbliği istiqamətində işlər davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, balanslaşdırılmış xarici siyasət kursu davam etdirilib.

XİN-in mətbuat xidməti rəhbərinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın bir sıra ölkələrlə diplomatik əlaqələrinin inkişafı istiqamətində səmərəli işlər görülüb. “Bu il Azərbaycan ilə bir çox ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib. Bu il Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından da yaddaqalan il olub”, - deyə H.Hacıyev əlavə edib.

https://azertag.az/xeber/Hikmet_Haciyev_2017_ci_ilde_Azerbaycanda_musteqil_choxistiqametli_balanslasdirilmis_xarici_siyaset_kursu_davam_etdirilib-1124833

Arxiv üzrə axtarış