2018-01-22

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.

https://azertag.az/xeber/Semed_Seyidov_yeniden_ASPA_nin_vitse_prezidenti_sechilib-1130370

Arxiv üzrə axtarış