Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş “dəyirmi masa”da iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan bəhs edib, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafikə uyğun olaraq uğurla davam etdiyini bildirib. Habelə nazir E.Məmmədyarov Bakıda fevralın 15-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş nazirlərin dördüncü toplantısı və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.