Çindən İtaliyaya yola düşən yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək
Çinin Urumçi şəhərindən İtaliyanın Neapol şəhərinə yola düşən yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək.
AZƏRTAC “chinadaily.com” saytına istinadla xəbər verir ki, Urumçidən yola düşən “X9403” nömrəli yük qatarı ilə pomidor məhsulları daşınır. 44 konteynerdən ibarət yük qatarı fevralın 26-da yola çıxıb, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək İtaliyanın Neapol şəhərinə gedəcək.
Məlumatda bildirilir ki, qatar 10 min 500 kilometrlik məsafəni 25 gün müddətində başa vuracaq. Çindən Avropa istiqamətinə bu il Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 1400 konteyner göndərilməsi planlaşdırılıb.