2018-03-28

İndiyədək MSK-da 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

İndiyədək Mərkəzi Seçki Komissiyasında (MSK) 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə sechki-2018.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O qeyd edib ki, indiyədək 53 min 366 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Şahin Əsədli əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

https://azertag.az/xeber/1147421

Arxiv üzrə axtarış