Fransalı müşahidəçi: “Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük”
"Səsvermə zamanı insanlarda böyük ruh yüksəkliyi müşahidə olunurdu. Təşkilatçılıq da yüksək səviyyədə idi".
APA-nın xəbərinə görə, bunu Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin katibi Yasin Lamur prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
O bildirib ki, prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib.
Y. Lamur qeyd edib ki, Fransa Azərbaycanın dostudur: "Bəzən biz fransalıları burada başqa, Fransada isə tamam başqa söz deməkdə ittiham edirlər. Xeyr, bu, belə deyil. Mən burada nə müşahidə edib görmüşəmsə, Fransaya qayıtdıqda da onu söyləyəcəyəm. Fransa və Azərbaycan xalqları arasında dostluq əlaqələri mövcuddur. Biz Azərbaycanı terrorizmə qarşı mübarizədə müttəfiq kimi görürük. Ümid edirəm ki, bu müttəfiqlik gələcəkdə də davam edəcək".