Fransa Senatının Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Alen Uperdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fransa-Qafqaz Parlamentlərarası Dostluq Qrupu adından və şəxsən öz adımdan təbrik edirəm.
Ölkənizin sülh və Azərbaycan cəmiyyətinin bütün üzvləri ilə dialoq şəraitində inkişafı üçün həyata keçirdiyiniz layihələrdə Sizə müvəffəqiyyət arzulayıram. Azərbaycana tərəqqi, xalqınıza firavanlıq diləyirəm.
Cənab Prezident, Sizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Alen Uper
Fransa Senatının Fransa-Qafqaz Parlamentlərarası
Dostluq Qrupunun sədri