Fransa Respublikası Milli Assambleyasının deputatı Mişel Vyaledən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu, güclü, artıq bir əsrdir qürur mənbəyiniz olan həqiqi demokratiya yolunda inkişaf edən Azərbaycan naminə bir qələbədir.
Cənab Prezident, inanıram ki, Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan və Fransa arasında mövcud olan yaxın dostluq münasibətlərinin inkişafına töhfə verəcək. İnanıram ki, Siz ölkənizin əmin-amanlığı uğrunda səylərinizi yorulmadan davam etdirəcəksiniz. Bu qələbə Sizin Azərbaycanın inkişafı yolunda böyük məqsədlərin həyata keçirilməsi üçün zəruri olan rəhbər keyfiyyətlərinə malik olduğunuzu, Azərbaycan xalqının Sizə etimad göstərdiyini sübut etdi.
Siz bundan əvvəlki prezidentlik müddətində də xalqınızın rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atmısınız. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük inkişafa nail olacaq.
Zati-aliləri, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır, dərin hörmətimi bildirirəm. Sizə cansağlığı, Azərbaycan xalqına isə rifah və tərəqqi diləyirəm.
Hörmətlə,
Mişel Vyale
Fransa Respublikası Milli Assambleyasının deputatı
https://azertag.az/xeber/Fransa_Respublikasi_Milli_Assambleyasinin_deputati_Misel_Vyaleden-1159083