2018-05-16
Azərbaycanın xarici işlər nazirinin Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistandakı vəziyyətlə bağlı müzakirələr aparılır.