2018-07-17
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Emmanuel Makrona
Hörmətli cənab Prezident,
XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2018-ci il.