2018-09-02

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşıladılar.

https://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Qirgiz_Respublikasina_sefere_gelib_VIDEO-1190958

Arxiv üzrə axtarış