2018-10-15
Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.