2018-10-23

Güləşçimiz Cəbrayıl Həsənov: Dünya çempionatına çox yaxşı formada gəlmişdim

Dünya çempionatına çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Təəssüf ki, alınmadı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçimiz Cəbrayıl Həsənov (79 kq) deyib.

Pəhləvanımız bildirib: “Hücumumu son saniyələrə saxlamışdım. Ancaq uğurlu hücum qura bilmədim. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm”.

https://azertag.az/xeber/Guleschimiz_Cebrayil_Hesenov_Dunya_chempionatina_chox_yaxsi_formada_gelmisdim-1207087

Arxiv üzrə axtarış