2019-01-22
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.