2019-01-29

Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib

“Fitch Ratings” və “Standard and Poor's” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.

AZƏRTAC reytinq agentliklərinin yaydığı məlumata istinadla xəbər verir ki, “Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.

“Standard and Poor's” isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+”, yaxınmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “sabit” saxlayıb.

https://azertag.az/xeber/Beynelxalq_reytinq_agentlikleri_Azerbaycanin_kredit_reytinqini_tesdiqleyib-1238669

Arxiv üzrə axtarış