2019-02-27

Ukraynanın “5” telekanalı Xocalı soyqırımı ilə bağlı Bakıdan geniş süjet yayımlayıb

Ukraynanın tanınmış “5” telekanalında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı geniş süjet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Bakıda olan telekanalın jurnalisti Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşündən, habelə Xocalı şahidlərindən söhbət açıb. Süjetdə yürüşdə iştirak edən azərbaycanlılardan müsahibələr götürülüb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlı qətlə yetirilib.

Jurnalist, həmçinin Xocalı sakininin başına gətirilən işgəncə ilə bağlı süjet yayımlayıb.

https://azertag.az/xeber/Ukraynanin_5_telekanali_Xocali_soyqirimi_ile_bagli_Bakidan_genis_sujet_yayimlayib-1253019

Arxiv üzrə axtarış