2019-04-21

Ceyms Şeron: Naxçıvanla qarşılıqlı maraq doğuran layihələr həyata keçirməliyik VİDEO

Naxçıvanın Motro-Fot-Yonn şəhərində keçirilən 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında iştirakından çox məmnunuq. Bu Fransada ən böyük yarmarkalardan biridir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron bildirib.

O, Azərbaycanın Fransadakı səfiri R. Mustafayevin şəhərə səfərindən, bu səfər çərçivəsində deputatlar və mer ilə görüşündən söz açıb. Səfər çərçivəsində mədəniyyət, təhsil və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldığını qeyd edib.

Bildirib ki, artıq siyasi institutlar səviyyəsində əlaqələr mövcuddur. Azərbaycan mədəniyyəti ilə bağlı layihələr həyata keçirilib. Azərbaycan rəqs qrupunun təqdimatı yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb və sevilib.

“Bir-birimizi daha yaxından tanımaq üçün qarşılıqlı maraq doğuran birgə layihələr həyata keçirməliyik. Belə layihələr mövcud əlaqələrimizin daha da möhkəmlənməsinə və genişləndirilməsinə xidmət edər. Birlikdə işləməli, təcrübələrimizi bölüşməliyik. Birgə işləmək praktikalarımızı təkmilləşdirməyə, sakinlərimiz üçün daha yaxşı xidmət təmin etməyə imkan verər”,- deyə C. Şeron diqqətə çatdırıb.

Montro-Fot-Yonn şəhərində fəaliyyət göstərən rəqəmsal Akademiyanın üstünlüklərindən danışan mer C. Şeron qeyd edib ki, bu akademiya sayəsində azərbaycanlı tələbələr ölkələrini tərk etmədən distans təhsil vasitəsi ilə Fransa universitetlərinin diplomuna yiyələnə biləcəklər.

https://azertag.az/xeber/1272790

Arxiv üzrə axtarış