2019-05-20

Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.

https://azertag.az/xeber/1284195

Arxiv üzrə axtarış