2019-09-10
Azərbaycanın Fransadakı səfirliyi tərəfindən səyyar konsulluq xidməti təşkil edilib
Azərbaycanın Fransadakı səfirliyi Nant və Strasburq şəhərlərində səyyar konsulluq xidməti həyata keçirib.
AZƏRTAC xəbər verir ki, səfirliyimizin konsulu bu şəhərlərdə yaşayan həmvətənlərimizlə görüşüb onların problemləri ilə maraqlanıb, konsulluq məsələləri ilə bağlı çoxsaylı sualları cavablandırıb.
Görüşün sonunda həmvətənlərimizə ümumvətəndaş pasportları təqdim olunub.
Səfirlik gələcəkdə də Fransanın müxtəlif regionlarında səyyar konsulluq xidmətlərini təşkil edəcək.