2020-03-16

Hazırda koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilməkdədir.

Hörmətli həmvətənlər,

Hazırda koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayılması müşahidə edilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etmişdir.

COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyyələrə əməl edilməsini xahiş edirik.

Hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərinin, habelə qarşılaşdığı problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə Səfirliyin konsulluq bölməsinə telefon (+33 (0) 1 44 18 60 23), e-mail (consulat@azambassade.fr) və ya poçt vasitəsi ilə (78, avenue d'Iéna Paris 75116) məlumat vermələri xahiş olunur.

Arxiv üzrə axtarış