2020-07-23

22 iyul tarixində Belçika Krallığının Brüssel şəhərində erməni icmasının nümayəndələri Azərbaycanın Belçikadakı Səfirliyinin qarşısında ölkəmizə qarşı icazəsiz aksiya keçirmişdir.

Radikal ermənilər Azərbaycan tərəfindən iştirak edən dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirmiş, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Brüssel polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmamışdır. Hücum nəticəsində radikal ermənilər tərəfindən bir sıra Azərbaycanlı nümayişçiyə (biri jurnalist olmaqla) xəsarətlər yetirilmiş, Səfirliyin binasına zərər vurulmuşdur. Qeyd olunmalıdır ki, ermənilər vandalizm törətməyə meylliliklərini daha öncə də, Avropanın digər ölkələrində, o cümlədən, bir neçə gün əvvəl Fransada da nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi bu icazəsiz aksiyanı, eləcə də erməni təxribatçıları tərəfindən törədilən vandalizm aktlarını qəti şəkildə pisləyir. Azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında Belçikanın hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar.

Arxiv üzrə axtarış