2020-09-28

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib VİDEO

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağ atıcı alayının tərkibindədir.

https://azertag.az/xeber/Agdere_istiqametinde_dusmenin_artilleriya_bolmelerine_zerbeler_endirilib_VIDEO-1597555

Arxiv üzrə axtarış