2020-09-28

Müdafiə Nazirliyi: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib VİDEO

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-də və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin təqdim etdiyi növbəti videoda düşmənin bir az əvvəl iki tankının məhv edilməsi görüntüləri əks olunub.

https://azertag.az/xeber/Mudafie_Nazirliyi_Bir_az_evvel_dusmenin_daha_iki_tanki_mehv_edilib_VIDEO-1597305

Arxiv üzrə axtarış