2020-09-30

Erməni hərbçilərinin müharibə cinayətləri: düşmən dinc sakinləri hədəf alır - AZƏRTAC cəbhədən xəbər verir

Tərtər, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Erməni silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində sentyabrın 30-da saat 8 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulub.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Tərtər şəhərindən çəkdiyi fotoları təqdim edirik.

https://azertag.az/xeber/Ermeni_herbchilerinin_muharibe_cinayetleri_dusmen_dinc_sakinleri_hedef_alir____AZARTAC_cebheden_xeber_verir-1599337

Arxiv üzrə axtarış