2020-09-30

Erməni faşistləri Qazyan kəndində dinc sakinlərin evlərini artilleriyadan atəşə tutub FOTO VİDEO

Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmən məqsədli şəkildə mülki əhalini hədəf alır.

Kənd sakini Müşfiq Axundov bildirib ki, kənddə demək olar, bütün evlərə zərər dəyib: “Kəndimizə təkcə ötən gün onlarla evə mərmi düşüb. Ordumuza güvənirik, Allah hərbçilərimizi qorusun. İnşallah qələbə bizim olacaq”.

https://azertag.az/xeber/Ermeni_fasistleri_Qazyan_kendinde_dinc_sakinlerin_evlerini_artilleriyadan_atese_tutub_FOTO__VIDEO-1599317

Arxiv üzrə axtarış