2020-10-16

Fransadakı səfirimiz Fransa radiosunda mülki əhalinin hədəfə alınmasından danışıb

Azərbaycanın Fransadakı səfiri  Fransa radiosunda atəşkəs zamanı ermənilərin Azərbaycanın mülki əhalisini hədəf almasından danışıb. 

Ermənistanın Gəncənin yaşayış məhəlləsini bombardman etməsi müharibə cinayətidir!

REAL-ın Avropa bürosu xəbər verir ki, bu fikirləri səfir Rəhman Mustafayev Fransanın “Radio Courtoisie” radiosuna verdiyi müsahibədə jurnalistin sualına cavabında səsləndirilib.

Fransa radiosuna müsahibəsində R.Mustafayev Dağlıq Qarabağ, eləcə də ermənilərin bu bölgəyə köçürülməsi tarixindən danışıb.
 

Bildirib ki, 1921-ci ildə Qafqaz bürosu iclasında Dağlıq Qarabağla bağlı imzalanan sənəddə bu bölgənin Azərbaycanla sıx tarixi və iqtisadi əlaqələri nəzərə alınaraq Dağlıq Qarabağ elə Azərbaycanın tərkibində də saxlanılıb. Bu gün ermənilərin uydurduğu fərziyyədir.

Səfir Dağlıq Qarabağ və onun ətrafında 7 rayonun 30 ildir erməni işğalı altında olduğunu deyib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyaraq, erməni silahlı qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını tələb edir. Bu gün Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparır.

Humanitar atəşkəs və müharibə cinayəti...
Moskvada hər iki ölkənin Xarici İşlər nazirləri ilə görüş keçirildi. Tərəflər humanitar atəşkəslə bağlı razılığa gəldilər. Ancaq Ermənistan yenə də humanitar atəşkəsə riayət etmədi və mülki əhalini hədəfə aldı.
Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaşayış məhəlləsini bombardman etdi. Dinc sakinlər arasında 10 nəfər həlak oldu, 30-dən çox yaralanan oldu. Ermənistanın Gəncəni bombalaması artıq müharibə cinayətidir. Ermənistan bu müharibə cinayətinə görə cəzalandırılmalıdır. Bu gün Dağlıq Qarabağ müharibəsinə dini don geyindirməyə çalışanlar da yanılırlar. Azərbaycan dünyəvi ölkədir, bütün dinlərin nümayəndələri birgə mehriban yaşayır. Azərbaycan bu gün təkcə Ermənistan üçün deyil, həmçinin dünya, eləcə də Avropanın inkişaf etmiş ölkələri üçün də dini tolerantlıq nümunəsidir. Azərbaycan yeganə ölkədir ki, məscid, kilsə və sinaqoq eyni məhəllədə yerləşir. Ermənistan regionda təhlükə mənbəyidir. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təmin etmək üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır.

Dağlıq Qarabağ əhalisinin gələcəyi...
Dağlıq Qarabağ əhalisinin ermənilər iddia etdiyi kimi 90 faizi yox, 70 faizi erməni olub. Orada Azərbaycanlılar, yəhudilər, kürdlər də yaşayıb. Münaqişədən əvvəl insanlar dinc yanaşı yaşayıb, hər hansı problem olmayıb. Onlar bərabər hüquqlarla təmin olunublar.

Bu gün qarşıda duran ilk məsələ işğalçı ordunun çıxarılmasıdır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan çıxdıqdan sonra məcburi köçkünlərimiz doğma yurdlarına qayıdacaq.
Düzdür 30 il müddətində böyük uçurum yaranıb. Bu uçurumun aradan qaldırılması üçün vaxt tələb olunur. Ancaq bir daha bildirirəm ki, Azərbaycan çox mədəniyyətli və çox konfessiyalı ölkədir. Burada müxtəlif xalqların, dinlərin nümayəndələri birgə mehriban ailə kimi yaşayırlar və yaşayacaqlar.

https://www.realtv.az/news/az/58811/fransadaki-sefirimiz-fransa-radiosunda-mulki-ehalinin-hedefe-alinmasindan%C2%A0danishib?__cf_chl_jschl_tk__=84401c574f8eccafcb93e55047ee0de79c36d9de-1602774063-0-ATNlwn6wrY3dZUYF9iwTdQJhYgEJjbFOGUBq3GWx5sqOoA3KgG-1chi5SM19X8OLdcI2fM_7tdlO_YZ91HhcKBfNtQV7q54p7RJN1701i3nO3WSWgUSpEJl_GCrV9v5FSo3593KiMoVEEx90FtlTPxzecB1XzS02Y0MZBZuEZ7eClKmaTWcHEjU0DG6SJaOwzr9goMsBfZdzmlCRTXj6MLidWpE13QGpalgJGtMKnLhOHb0B0JBgGk0M4ew2h3Bd3rgwnW-QGOrtNLc5vnW6YxG4nj8WE4ZaND1Y4A7UvLJJzzSPjBY0N9hn7CCAHZdntXJozB8WyxAyBFFprr2AJUEZXVY2CxriFxjoXkLzpNglDG6R2OeM8FN0TdbmgZggZq1hi6G1FEl9WPUw5898S9o2Jm1UyPEx-uDKWMQfOUX2AIKk-XDv7q-n2Bhx0T9u93hxLQTCynA2zAs5eneeqU0

Arxiv üzrə axtarış