2021-01-20

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə virtual konsert təşkil olunub

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş virtual konsert Parisdə Azərbaycan Mədəniyyət Mərkəzindən səfirliyin “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanıb.

Virtual konsertdə Azərbaycan diasporunun üzvləri Mahir İsmayılov (nağara) və Ceyhun Aydınoğlu (balaban) xalq mahnısı “Sarı gəlin, “Qarabağın maralı”, “Laçın”, Segah təsnifi, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Tofiq Quliyevin “Axşam mahnısı”nı ifa ediblər.

https://azertag.az/xeber/Parisde_Azerbaycan_Medeniyyet_Merkezinde_20_Yanvar_sehidlerinin_xatiresine_virtual_konsert_teskil_olunub-1692845#.YAhdtYr1RdU.twitter

 

Arxiv üzrə axtarış