2021-07-24

Fransa Milli Assambleyasının nümayəndə heyətinin Füzuli rayonuna səfəri başlayıb

Fransa Milli Assambleyasının nümayəndə heyətinin Füzuli rayonuna səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilən ərazilərdə erməni vəhşiliklərinin tanıdılmasıdır.

Qonaqlar əvvəlcə rayonun Qaraxanbəyli kəndində erməni faşizminin izlərinin şahidi olublar. Nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, erməni vandalizmi nəticəsində kənd tamamilə məhv edilib. Həmçinin kənddəki məscid ermənilər tərəfindən tövlə kimi istifadə olunub.

Səfər zamanı qonaqlar Merdinli kəndində də olublar. Nümayəndə heyətinə erməni vəhşiliyinə məruz qalan kənd barədə məlumat verilərək bildirilib ki, Merdinli kəndi 28 il düşmən tapdağında qalıb və bu müddət ərzində ermənilər kəndi talan edərək xarabalığa çeviriblər. Həmçinin düşmən bu əraziləri minalayaraq müdafiə zolağı kimi istifadə edib. İşğal illərində kənddəki evlər sökülərək materiallarından düşmən özləri üçün səngər və digər hərbi təyinatlı tikililər yaradıb. Rayonun mərkəzində yerləşən Merdinli kənd məscidi də dağıntılara məruz qalıb. Bir əsrdən çox yaşı olan məscid ermənilər tərəfindən tövlə kimi istifadə olunub.

https://azertag.az/xeber/Fransa_Milli_Assambleyasinin_numayende_heyetinin_Fuzuli_rayonuna_seferi_baslayib-1837521?__cf_chl_jschl_tk__=pmd_f90ef9cad5e2ce933fb4a88aeeaced2a6fd57c89-1627390948-0-gqNtZGzNAk2jcnBszQiO

 

Arxiv üzrə axtarış