2023-05-19

Parisdə Azərbaycan və Fransa parlamentləri arasında əlaqələr müzakirə olunub

Paris, 18 may, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pyer Vatənlə (Pierre Vatin) görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dostluq qrupunun üzvləri də iştirak ediblər.

Tərəflər iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

https://azertag.az/xeber/2621597

Arxiv üzrə axtarış