2023-12-22

2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri barədə məlumat

Fransa Respublikasında daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır. Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: +33(0)144186023; +33(0)674740398 (Whatsapp qaynar xətt). Elektron ünvan: consul_paris@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

Arxiv üzrə axtarış